“Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının nəqliyyat vasitəsinin sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə dair qeydiyyat kitabı”nda (4 nömrəli Əlavə) qeydiyyat aparıldıqdan sonra nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
Reyestr kitabı, qeydiyyat jurnalları (kitabları) və nəqliyyat vasitəsinin qeydiyyatı haqqında elektron (elektron daşıyıcılarda) məlumat bazası daimi, qeydiyyat hərəkətlərinin aparılması üçün əsas olan arxiv sənədlər isə beş il müddətində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində mühafizə edilir. Bu müddət bitdikdə Dövlət Agentliyi həmin sənədlər barədə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər həyata keçirir.