Cari nəzarət üzrə Komitənin daxili təhlükəsizlik sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsinin həyata keçirməli olduğu tədbirlər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Cari nəzarət üzrə Komitənin daxili təhlükəsizlik sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsi bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması məqsədilə aşağıdakı tədbirləri görür:
– bu Kodeksin tələblərinin pozulması barədə müraciətləri və şikayətləri qəbul edir;
– bu Kodeksin müddəalarının pozulması barədə daxil olmuş məlumatları araşdırır;
– bu Kodeksin tələblərinin pozulması faktı müəyyən olunduqda, pozuntuya yol vermiş əməkdaş barəsində tətbiq ediləcək intizam tənbehinin növü ilə bağlı etik davranış məsələləri üzrə məsul şəxsin rəyini alır və intizam xətası törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün rəhbər vəzifəli şəxs qarşısında vəsatət qaldırır;
– daxil olan müraciət və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təklif və tövsiyə verir;
– etik davranış qaydalarının təkmilləşdirilməsinə dair təkliflər verir;
– intizam icraatı zamanı gömrük orqanı əməkdaşı tərəfindən törədilmiş əməldə inzibati, mülki və ya cinayət xarakterli hüquqpozma tərkibinin əlamətləri aşkar edildikdə, toplanmış materialların baxılması üçün aidiyyəti orqanlara göndərilməsini təmin edir.