“ASAN Finans” platformasında Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən fərdlərin verdikləri razılıqlara baxmaq üçün texniki imkanın – mexanizmin, modulun yaradılmaması qanununvericiliyin tələblərinin gözlənilmədən banklar və üçüncü şəxslər tərəfindən fiziki və hüquqi şəxslərin məlumatlarının əldə olunmasının riskini əhəmiyyətli dərəcədə artırır.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.