Fiziki şəxslərin iş və ya təhsil yerlərinə, habelə müvəqqəti qaldığı yerlərə (yataqxanalara, internat-evlərə, uşaq evlərinə, mehmanxanalara, cəzaçəkmə müəssisələrinə, tibb müəssisələrinə) ünvanlanmış yuxarıda göstərilən poçt göndərişləri alıcılara eyni qayda ilə çatdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Bu göndərişlər (“Məhkəmə bildirişi” və “İcra qeydi bildirişi” qeydli məktublar istisna olmaqla) həmçinin, müqavilə əsasında hüquqi şəxsin (müəssisənin) yerləşdiyi binanın birinci mərtəbəsində onun tərəfindən quraşdırılmış (icarəyə götürülmüş) ünvan qutuları vasitəsilə çatdırıla bilər.