Təhlükəli tullantıların identifikasiyasından sonra müəsisənin təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlmiş hər bir təhlükəli tullantı növü üzrə inventarlaşdırma blankı tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Təhlükəli tullantıların təsnifat (klassifikasiya) sistemi Bazel konvensiyasının 3N-li əlavəsinə əsasən H-kodlarına uyğun təhlükəlilik xüsusiyyətlərini və tullantıların kodunu, növünü, fiziki-kimyəvi xassələrini, tövsiyə olunan emal və zərərsizləşdirmə üsullarını ifadə edir.