Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq.

Heftelik.az-ın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.
Beləliklə, 2024-cü il fevralın 7-si – çərşənbə günü qeyri-iş günü olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.