Poçt göndərişlərinin geri qaytarılması göndəricinin günahı üzündən baş vermədiyi hallarda (alıcının ünvanının silinməsi, qopması və digər səbəblər nəticəsində onun oxunması mümkün olmadıqda) göndəricidən geri qaytarılma haqqı alınmır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt qutularından çıxarılmış və üzərindəki ünvanlar əsasında təyinatı üzrə göndərilməsi və ya göndəriciyə qaytarılması mümkün olmayan sadə poçt göndərişləri paylanmayanlar siyahısına daxil edilməklə müvəqqəti saxlanmaya verilir.