Markalayıcı maşınlar hüquqi şəxslər tərəfindən yalnız Milli operatorun icazəsi ilə və onunla bağlanmış müvafiq müqavilə əsasında avans ödənişləri edildikdən sonra istifadə oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Hüquqi şəxsin istifadəsində olan markalayıcı maşın vasitəsilə ödənilmiş poçt göndərişləri yalnız poçt obyektində sonuncunun cari hesabına bu xidmətin göstərilməsi üçün vəsait daxil olduqdan sonra təqdim edilə bilər.
Dövlət poçt ödənişi nişanlarının hazırlanması, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydası RİNN tərəfindən müəyyən edilir.