Nəzərdə tutulan emalın və zərərsizləşdirmənin ətraf mühitə təsirinin qiymətləndirilməsi və təhlükəli tullantıların ayrı-ayrı qruplar üzrə növlərə bölünməsi əsas ekoloji əhəmiyyətli komponentin identifikasiyasına əsaslanır.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Əsas ekoloji əhəmiyyətli komponentin identifikasiyasında təhlükəli tullantının tərkibində olan hər hansı bir komponentin ətraf mühitə göstərdiyi ən ekoloji ziyanlı xassəsi əks olunur.