Gecə vaxtı işləyərkən su hövzəsində iş yeri sahildən projektorlarla işıqlandırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neftyığma və neftvurma texnikası ilə işlərin görülməsi zamanı aşağıdakı təhlükəsizlik tədbirlərinə riayət olunmalıdır:

– neftyığanın elektrik avadanlığı partlayışdan mühafizəli olmalıdır;

– gecə vaxtı neft yığma işlərinin görülməsi zamanı iş yeri partlayışdan mühafizəli çıraqlarla işıqlandırılmalıdır. Partlayışdan mühafizəli əl çırağının gərginliyi 12V-dan artıq olmamalıdır;

– güc kabelinin izolyasiyası zədələndiyi və torpaqlama olmadığı zaman neftyığanın elektrik şəbəkəsinə qoşulması qadağandır;

– elektrik açarı işləyən neftyığandan ən azı 30 m məsafədə quraşdırılmalıdır.

– neftyığanın şlanqının hərəkəti zamanı o, mexaniki zədələrdən, ilgəklərin əmələ gəlməsindən və birləşmə bəndlərinin zəifləməsindən qorunmalıdır;

– neftyığan işləyərkən ona xidmət göstərilməməli;

– neftyığanla sərbəst işləməyə icazəsi olmayan şəxslərin onunla işləməsinə icazə verilməməli;

– işləyən avadanlığı nəzarətsiz qoymamalı.