Qəzaların ləğvi planı (QLP) 5 nüsxədən ibarət olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
QLP aşağıda göstərilən yoxlama aktları olduqda müəssisənin texniki rəhbəri tərəfindən təsdiqlənməlidir:
– texnoloji prosesin nəzarət sisteminin vəziyyəti haqqında;
– ventilyasiya qurğularının vəziyyəti haqqında;
– adamların xilas edilməsi üçün vasitələrin, qəzaların ilkin mərhələsində ləğvi üçün yanğına qarşı avadanlıqların və texniki vasitələrin mövcudluğu və saz vəziyyətdə olması haqqında;
– qəza siqnalizasiyasının, rabitənin və qəza işıqlandırılmasının yararlı vəziyyətdə olması haqqında.