Elektron inkişafı dəstəkləyən dövlət proqramları və layihələrdə İKT-nin tətbiqi ilə dövlət idarəçiliyinin metod və mexanizmlərinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, hesabatlılığın və şəffaflığın təmin edilməsi, təqdim olunan elektron xidmətlərin keyfiyyətinin və istifadəsinin artırılması vətəndaşların dövlət idarəçiliyində iştirakı üçün münasib şəraitin yaradılmasının əsas hədəflərindəndir.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.
Bu aspektdən yanaşdıqda EHİM tərəfindən təqdim olunan layihələrlə əhalinin elektron xidmətlərindən istifadə çəkisinin 70% və ya daha yuxarı olması gözləniləndir.