Paylanmayan poçt göndərişləri onların göndərilmə üçün qəbul edildiyi gündən sonrakı altı ay müddətində, paylanmayan pul köçürmələri isə onların göndərilmə üçün qəbul edildiyi gündən sonrakı üç il müddətində poçt rabitəsi operatoru tərəfindən saxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Göstərilən müddət ərzində göndərici və ya ünvançı poçt rabitəsi operatoruna paylanmayan poçt göndərişinin, pul köçürməsi üzrə vəsaitin alınması üçün müraciət edə bilər.