Neftvurma stansiyasının istehsalat meydançasının ərazisində qəza meydana çıxdığı zaman, qəza yeri siqnal lentləri, lövfələrə və s. nişanlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəza işlərinin aparılma yerlərinə girişlərdə və yanaşma yerlərində insanların və texnikanın buraxılmasına nəzarət edən mühafizə postları qoyulmalıdır. Qəzanın ləğvində iştirak etməyən insanların və texnikanın keçməsi qadağandır.