Cinayət prosesində iştirakdan azad etməyə aydınlıq gətirilib.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ekspertin cinayət prosesində iştirakını istisna edən hallar yoxdursa, məhkəmə istintaqı başlananadək onları öz xahişləri ilə aşağıdakı hallarda iştirakdan azad edə bilər:

– öz borcunu yerinə yetirməsinə mane olan üzrlü səbəblər olduqda;

– bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.