Gömrük orqanı əməkdaşı həmkarları ilə qarşılıqlı hörmət və işgüzar yardıma əsaslanan münasibət qurmalı, bir-birinə qarşı qərəzli münasibətin təzahürlərindən çəkinməli və bütün səylərini kollektiv birliyin qorunmasına yönəltməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşının həmkarlarının işindəki nöqsanlara münasibəti obyektiv yanaşmanı əks etdirməklə, özündə hörmət, dözümlülük, təmkinlilik və nəzakətliliyi ehtiva etməlidir.