2020-2021-ci illərdə bir sıra müavinət və təqaüd növlərinin say göstəricilərində baş vermiş kəskin dəyişikliklər zamanı smeta üzrə təsdiq edilmiş xərc göstəriciləri ilə müqayisədə faktiki xərc edilmiş vəsait aşağı səviyyədə olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022-ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.
Nazirlik xərclərin proqnozlaşdırılması zamanı ehtiyatlı yanaşmaya üstünlük verib. Ümumiyyətlə smeta üzrə təsdiq olunmuş xərc göstəriciləri ilə hesabat ilinin sonunda bir çox sosial müavinət və təqaüd növləri üzrə faktiki xərc edilmiş vəsaitin həcmi uyğunluq təşkil edib. Başqa sözlə, həm müavinət üzrə, həm də təqaüd üzrə icra proqnoz göstəricisindən yuxarı olmayıb.