Komitənin insan resursları sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsinin rəhbəri Komitənin etik davranış məsələləri üzrə məsul şəxsi hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Komitənin etik davranış məsələləri üzrə məsul şəxsi gömrük orqanlarında etik davranış qaydalarına əməl olunmasına təşkilati-metodiki rəhbərliyi və ümumi nəzarəti həyata keçirir.