“Naxçıvan Sığorta” şirkəti ləğv edilir, onun portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülür.
Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya sığorta şirkətindən bildirilib.
Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən “Atəşgah Sığorta” şirkətinə ötürülür.
Bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.
Qeyd edək ki, “Naxçıvan Sığorta” şirkətinin 100% səhmdarı “Naxçıvan Bank”dır.