Fəhlələr əleyhqazlarda, xüsusi geyimin üstündən xilasedici kəndirlərlə bərkidilmiş qoruyucu kəmərlərdə işləməli, kəndirlərin ucları yuxarıda dayanan əvəzəedici fəhlədə olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neft kəmərinin təmir olunan hissəsində calaq yeri partlasa və ya neftin sızması ilə bağlı hər hansı hermetikliyin pozulması hallarında məsul rəhbər dərhal aşağıdakı tədbirləri görməyə borcludur:

– neft kəmərinin vəziyyətindən asılı olmayaraq, onun qaldırılması (endirilməsi) işlərini dayandırmalı, maşın və mexanizmləri elektrik cərəyanından ayırmalıdır;

– işçiləri təhlükəli zonadan çıxarmalıdır;

– neftvurma prosesini dayandırmalı və neftin yaşayış məntəqələri tərəfə axmasına qarşı tədbirlər görməlidir.