Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev vəfat edib.
Heftelik.az-ın məlumatına görə, Yaşar Əliyev 75 yaşında vəfat edib.
Milli Məclisin keçmiş sədr müavini Yaşar Əliyev iki çağırış deputat olub. O, daha sonra 10 il Azərbaycanın Çindəki səfiri postunda çalışıb.
2011-ci il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, Yaşar Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.