Sifarişli poçt göndərişlərinin, sifarişli xəbərnamələrin və sifarişli bildirişlərin ünvan qutusu vasitəsilə çatdırıldığı hallarda verilmə tarixi bağlanmış müqaviləyə uyğun olaraq onların qutuya qoyulma tarixi hesab olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Göstərilən poçt göndərişləri yaşayış məntəqələrindən kənarda fəaliyyət göstərən işçilərə və ya cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə ünvanlandığı hallarda bu göndərişlər təyin olunmuş poçt obyektində müvafiq idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələrinə verilir.