“Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”.

Heftelik.az-ın məlumatına görə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın  sorğusuna cavab olaraq bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.

“Əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək”, – məlumatda vurğulanıb.