Əgər tullantının tərkibində iki təhlükəli komponent vardırsa və birinci komponentin birdən çox təhlükəli xassəsi olarsa, bu halda tullantının kodu təsnifat üçün istifadə olunan təhlükəlilik xüsusiyyətlərinin prioritet qaydasına müvafiq təyin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Təhlükəli tullantıların təsnifat sisteminin ümumi strukturunda aşağıdakı ardıcıllıq gözlənilir:
– təhlükəli tullantılar qrupu (H – kodları əsasında);
– üzvi tullantı;
– halogen tərkibli;
– azot tərkibli;
– kükürd tərkibli;
– digərləri;
– qeyri-üzvi tullantı;
– təklif olunan emal üsulu və əsas ekoloji əhəmiyyətli komponentə müvafiq bölünmə;
– təhlükəli tullantılar ilə çirklənmiş materiallar.