Bəzən elə olur ki, insanın sülh ilə bağlı ümidləri tükənir, amma bir anda elə bir şey baş verir ki, o ümidlər dirçəlir və tarixlərə silinməz izlərlə yazılır. Sentyabrın 27-dən başlayan 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin-müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan ordusu cəmi 44 günə hərbi yolla 30 ilin nisgilinə, acısına son qoydu. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür. Azərbaycan Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üç tərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. “Qarabağ Azərbaycandır və nida işarəsi!”- söyləyən prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi.30 ildən sonra prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızın belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

 

Nazənin Dadaşova

Azərbaycan Dillər Universiteti