Gömrük orqanı əməkdaşı şəxsi həyatında ümumi qəbul edilmiş milli əxlaq, ictimai davranış normalarına əməl etməli və onun xidmətdənkənar davranışı peşə nüfuzuna xələl gətirməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı xidməti geyim formasını, xidməti silahını və əmlakını nümayiş etdirməklə şəxslərə qanunsuz təsir göstərməməli, onlardan sui-istifadə hallarına yol verməməli, iş vaxtından kənar müddətdə ictimai yerlərdə xüsusi geyim formasından istifadəyə məhdudiyyətlər qoymalıdır. Gömrük orqanı əməkdaşı əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına yol verməməlidir.