ASAN Login”lə bağlı statistikalara nəzər salanda “mənim hökumətim” – “My.Gov” xidmətlərindən əhalinin istifadə penetrasiyasının nəzərdə tutulan meyardan ən azı 3 dəfədən də aşağı olduğu müşahidə edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.

Mərkəzin təqdim etdiyi məlumata istinadən, “ASAN Login” portalından unikal istifadəçi sayı 2022-ci ildə təxminən 1,5 mln. nəfər təşkil etmişdir ki, bu da 15-65 yaş qruplu əhalinin (2022-ci il üzrə 7,1 mln. nəfər) 21,1%-nin bu xidmətlərdən istifadə etməsi deməkdir.