Maraqların toqquşması barədə məlumat verilmiş struktur bölmənin rəhbərinin hansı   tədbirləri görməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.

Maraqların toqquşması barədə məlumat verilmiş struktur bölmənin rəhbəri maraqların toqquşmasının qarşısının alınması istiqamətində öz səlahiyyətləri daxilində aşağıdakı tədbirlərin birinin və ya bir neçəsinin görülməsini təmin etməlidir:

maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb olan və ya səbəb ola biləcək vəzifə funksiyalarının digər əməkdaşlara həvalə edilməsi;

–  maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb olan və ya səbəb ola biləcək xidməti vəzifələrin dəyişdirilməsi;

– müraciət etmiş gömrük orqanı əməkdaşının öz razılığı ilə digər analoji vəzifəyə keçirilməsi.

– Gömrük orqanı əməkdaşı başqa vəzifəyə keçirilməsi ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə gömrük orqanının rəhbərinə məlumat verməlidir.

Vəzifəli şəxslərin yaxın qohumları bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.