Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.
Heftelik.az-ın məlumatına görə, buna səbəb 292 nömrəli məktəbin statusu ətrafında elm və təhsil naziri Emin Əmrullayev və Bakı şəhəri üzrə Təhsil İdarəsinin tam fərqli açıqlaması, nazirliyin mətbuata məsul sektorunun nazirliyin saytına yerləşdirdiyi tamamilə fəqli məlumat, nəhayət, Cəsarət Valehovun mediaya sektor müdirinə yaraşmayacaq tərzdə cavabı olub.
Yaranmış vəıziyyətdə isə nazir 292 nömrəli təhsil ocağı ətrafında yaranmış komik durumdan çıxarmağı bacarmayan Cəsarət Valehovu nazirlikdə islahat adı ilə vəzifəsindən uzaqlaşdırıb.
Qeyd edək ki, dekabrın 8-də Cəsarət Valehov Elm və Təhsil Nazirliyinin sektor müdiri vəzifəsindən azad edilib. Elm və Təhsil Nazirliyində aparılan struktur dəyişikliyinə əsasən, nazirlikdə İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və Səbuhi Rzayev bu şöbəyə müdir təyin edilib.
Cəsarət Valehov 10 ilə yaxın nazirliyin sözçüsü olub.