Əmək şəraiti vəziyyətinin yoxlanılması jurnalı hər bir istehsalat sahəsində (sahədə, qurğuda və s.) olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Jurnalın titul vərəqində sahənin, bölmənin adı və başlanğıc yazıların tarixi göstərilməlidir.
sahənin, bölmənin, qurğunun, briqadanın rəhbəri jurnalın saxlanmasına, düzgün doldurulmasına cavabdehlik daşıyır və əmək mühafizəsi üzrə ictimai müfəttişlərə, müəssisənin mühəndis-texniki işçilərinə və sahəni yoxlayan yuxarı təşkilatlara, Dövlət nəzarəti orqanları işçilərinə, həmkarlar İttifaqları müfəttişlərinə təqdim edilməlidir.