Gömrük orqanı əməkdaşının fəaliyyəti fiziki şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı fiziki şəxslərin hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Gömrük orqanı əməkdaşı fiziki şəxslərin hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni maraqlarının təmin olunması, qorunması və müdafiəsi ilə bağlı vəzifə borclarını layiqincə yerinə yetirməlidir.