Gömrük orqanı əməkdaşı həmkarlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsini dəstəkləməli və maneə yaratmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı rəhbərliklə xidməti münasibətlərində subordinasiyaya, bilavasitə və ya yuxarı rəhbərinə qarşı münasibətdə tabelik qaydalarına riayət etməli və tabeliyində olan işçilərə qarşı nəzakətli, diqqətli və qayğıkeş olmalı, vəzifə səlahiyyətlərindən irəli gələn üstünlüyünü nümayiş etdirməməlidir.