Eyni qayda ilə digər səbəblər (işlənilmə və daşınma proseslərində ünvanın oxunmaz hala düşməsi və s.) üzündən təyinatı üzrə göndərilməsi yaxud göndəriciyə qaytarılması mümkün olmayan poçt göndərişləri altı ay müddətində poçt obyekti tərəfindən saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Göndərilmə üçün qəbul edildiyi gündən altı aylıq müddət bitdikdən sonra paylanmayan poçt göndərişlərinin “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”na uyğun olaraq açılması həyata keçirilir.