Neft kəmərinin təmir olunan sahəsində neft ləkələri aşkar olunduqda endirmə-qaldırma əməliyyatları dərhal dayandırılmalı və zədələnən sahə təmir olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Kəmərdəki zədələnmələri qaynaqlayan zaman kəmərin divarı yandıqda məsul rəhbər işləyənləri dərhal həmin təhlükəli zonadan çıxarmalı və əleyhqazları geyinməyə göstəriş verməlidir. Sonra plana uyğun olaraq baş vermiş qəza haqqında neftvurma stansiyasının və ya rayon dispetçer məntəqəsinin operatoruna xəbər verməli və qəza-bərpa briqadası gələnə qədər zədələnmənin aradan qaldırılmasına və yanan neftin söndürülməsinə başlamalıdır.