Yanğın təhlükəliliyi üzrə eyni kateqoriyalı bir neçə kiçik otaqların odsöndürücülərlə təchiz edilməsi bu otaqların ümumi sahələrinə uyğun yerinə yetirilir

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Müəssisədən doldurma üçün göndərilən odsöndürücülər müvafiq sayda doluları ilə əvəz edilməlidir.

Stasionar avtomatik yanğınsöndürmə qurğuları quraşdırılmış otaqlar zəruri hesablanmış qiymətin 50%-i miqdarında ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdırlar.