Nəqliyyat vasitəsi avadanlıqla təchiz edilib yenidən yığıldıqda yeni model, şassi, çərçivə, ban və mühərrikin nömrəsi göstərilməklə onun mülkiyyətçisinə yeni qeydiyyat şəhadətnaməsi verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
“Qeydiyyat üçün əsas” bölməsində əvvəlki modeldən (köhnənin adı yazılır) avadanlıqla təchiz edilib yenidən yığılması, həmçinin əvvəlki qeydiyyat sənədinin nömrəsi və seriyası göstərilir. Qeydiyyat şəhadətnaməsinin “Buraxılış ili” bölməsində nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması ili yazılır.
Nəqliyyat vasitəsi modeli, yaxud modifikasiyası dəyişmədən banı, mühərriki və çərçivəsi dəyişdirilərkən, onların qeydiyyat əlamətləri yeni qeydiyyat şəhadətnaməsi verilməklə uçot göstəricilərində əks etdirilir, dəyişmənin tarixi, zavod markalanması və yaxud sənədlərlə təsdiq olunarsa, aqreqatın buraxılış ili göstərilir.