Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da əksini tapıb.
Fiziki şəxslərin nəqliyyat vasitələri onların daimi, yaxud müvəqqəti (daimi qeydiyyat olmadıqda) yaşayış yeri üzrə qeydiyyata alınır. Hüquqi şəxslərin nəqliyyat vasitələri onların yerləşdiyi ərazi üzrə Dövlət Agentliyi tərəfindən dövlət qeydiyyatına alınır. İdarə, müəssisə və təşkilatların hüquqi şəxs olmayan filiallarının (bölmələrinin) istifadəsində olan nəqliyyat vasitələrinin qeydiyyatı onların yerləşdikləri ərazilər üzrə aparılır və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində hüquqi şəxsin – mülkiyyətçinin adı, ünvanı ilə bərabər nəqliyyat vasitəsini istifadə edən filialın (bölmənin) ünvanı da göstərilir.