Məktəbəqədər təhsil mütəxəssislərinin minimum bakalavr səviyyəsində hazırlanmasına nail olmalıyıq.
Heftelik.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, gələcəkdə orta ixtisas təhsilli mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək:
“Biz artıq ümumi təhsildə orta ixtisaslı mütəxəssislərin fəaliyyətini dayandırmışıq. Bu, məktəbəqədər təhsildə də olacaq. Bu vaxta qədər işə qəbul olunmuş orta ixtisaslı şəxslər çalışacaq. Onların fəaliyyətinə heç bir müdaxilə edilməyəcək”.