Daxili sadə poçt göndərişlərinin vaxtında çatdırılmamasına dair pretenziyalar, üzərində poçt göndərişinin qəbulu və çatdırılması tarixlərini təsdiq edən təqvim ştempelləri olan üzlük təqdim olunmaqla qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Pretenziyaya aşağıdakı məlumatlar əlavə olunur:
– ərizəçinin adı, soyadı, atasının adı, habelə şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və yeri;
– poçt göndərişinin növü;
– poçt göndərişinin, pul köçürməsinin qəbz üzrə nömrəsi;
– poçt göndərişinin qəbul tarixi və yeri;
– poçt göndərişinin təyinat yeri;
– poçt göndərişinin çəkisi, bəyan olunmuş qiyməti;
– poçt göndərişinin ünvançı və göndəricisinin ad, soyad və ünvanları.
Mal tərkibli poçt göndərişlərinin itirilməsi ilə bağlı şikayətlərdə qablaşdırma növü, göndərilən əşyaların ətraflı siyahısı və dəyəri əlavə olaraq göstərilir.