İş icraçıları (ustalar, briqadalar, yerqazan və digər tikinti maşın və mexanizmlərinin maşinistləri) mühafizə zonalarında iş başlamazdan əvvəl tikililərin, yeraltı kommunikasiyaların trasının yerləşməsi ilə və onların ərazidə nişanlanması ilə tanış olmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İş zamanı istifadə olunan qəza texnikası (qaynaq aqreqatları, elektrik stansiyaları) işlərin aparıldığı yerə nəzərən küləkdöyən tərəfdə 30 m-dən yaxın olmayan məsafədə yerləşdirilməlidir.