Qəzaların ləğvi planının (QLP) operativ hissəsində nələrin nəzərdə tutulmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
QLP-nın operativ hissəsində nəzərdə tutulmalıdır:
– Qəza barəsində xəbərdarlıq üsulları (sirena, işıq siqnalizasiyası, ucadan danışıq vasitəsi, telefon və s.), qəzanın xarakterindən asılı olaraq təhlükəli yerlərdən və sahələrdən adamların təxliyə yolları;
– Adamların təxliyəsinə və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə texniki heyətdən olan cavabdeh şəxsin hərəkəti;
– Qəza baş verərkən ventilyasiyanın iş rejimi, o cümlədən qəza ventilyasiyasının (əgər mövcuddursa) işə salınması;
– Ardıcıl olaraq elektrik enerjisinin kəsilməsi, avadanlıq və aparatların dayandırılması, zərərli və təhlükəli maddələrin daxil olduğu mənbələrin təcrid olunması (kəsilməsi);
– Qazlaşmış və təhlükəli zonalara buraxılışa nəzarət etmək üçün həmin təhlükəli yerlərin girişinə postların qoyulması;
– Qəzaların ilkin mərhələdə ləğvi üsulları. Qəzaların (yanğınların) ləğvi üzrə texniki heyətin ilk növbədə hərəkəti, qəzaların genişlənməsinin və təsirinin qarşısının alınması. Qəzaların ağır fəsadlarının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi. Qazdan xilasetmə və digər ixtisaslaşdırılmış dəstələrin qarşılıqlı hərəkət qaydaları.