Qəzaların ləğvi planının (QLP) tərkibi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
QLP-nın tərkibinə daxildir:
– Operativ hissədə – obyektdə baş verə biləcək bütün mümkün qəzalar nəzərə alınmalı, qəzaların ləğvi və insanların xilas edilməsi üzrə tədbirlər, həmçinin tədbirlərin yerinə yetirilməsinə cavabdeh şəxslər və onların icraçıları, qəzaların ləğvi və insanların xilası üçün nəzərdə tutulmuş vasitələrin yerləşdikləri yerlər, qazdan xilasetmə, yanğın və digər bölmələrin hərəkət qaydaları müəyyən edilməlidir;
– Qəzaların ləğvində iştirak edən ayrı-ayrı şəxslər arasında vəzifə bölgüsünün aparılması;
– Qəza barəsində məlumatlandırılan məsul şəxslərin və təşkilatların siyahısı;
– Əsas kommunikasiyaların (texnoloji sxem) yerləşmə sxemi;
– Qəza şkaflarında (otaqlarda) miqdarı və əsas xüsusiyyətləri göstərilməklə saxlanılan alətlərin, fərdi mühafizə vasitələrinin, materialların siyahısı.