Son illərdə dövlətin sosial siyasətinin tərkib hissəsi kimi əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, habelə təqaüdlərin tənzimlənməsini təmin edən qanunvericilik aktlarında bir sıra islahatlar həyata keçirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının 2020-2022-ci illər üzrə sosial müavinət və təqaüdlərə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasına dair təhlilində əksini tapıb.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası alan şəxs “Sosial müavinətlər haqqında” qanuna əsasən aylıq sosial müavinətlə təmin oluna bilməz. Bu baxımdan müvafiq qanuna əsasən bir sıra imtiyazlı kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə bəzi sosial müavinətlər ləğv olunub, onların bazasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarına əsasən yeni təqaüd növləri təsis olunub.