Təsnifat sistemində təsvir olunan birləşmələrin aid edildiyi kodlar aşağıdakı qaydada tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Kodun tiredən əvvəlki hissəsi (məs.: H 1.2-) təhlükəlilik xüsusiyyətlərinin kodlaşdırılmasını – yəni “təhlükəli tullantı qrupu”nu müəyyən edir;
Tiredən sonra birinci rəqəm (məs.: – 3) təhlükəli tullantının yarımqrupunu, sonuncu iki rəqəm isə (məs.: – 3.05) təhlükəli tullantının spesifik növünü müəyyən edir.
Təhlükəli tullantının qrupu, əsas təhlükəliliyi H kodundan istifadə etməklə təyin olunur;