Tullantı sularının axıdılması – tullantı sularının kanalizasiya sistemlərinə axıdılma (atılma) prosesidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Su sayğacı – binanın yaşayış və ya qeyri-yaşayış sahələrinə isti və soyuq su girişlərində qoyulmuş suölçən cihaz, su təchizatı – içməli və ya istehsalat məqsədli su (texniki su) hazırlığı, nəqli və mərkəzləşdirilmiş və ya mərkəzləşdirilməmiş soyuq su təchizatı sistemindən istifadə etməklə istehlakçıya verilməsi və ya isti suyun hazırlığı, nəqli və mərkəzləşdirilmiş və ya mərkəzləşdirilməmiş isti su təchizatı sistemindən istifadə etməklə istehlakçıya verilməsidir.