“ASAN Login”dən istifadə edənlər arasında “My.Gov” xidmətləri digər xidmətlərlə müqayisədə nisbətdə aşağıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının təqdim etdiyi “E-hökumətdən gözləntilər və fərdi məlumatlardan istifadə sahəsində risklər” araşdırmasında əksini tapıb.
Elektron Hökumətin İnkişafı Mərkəzi” (EHİM) tərəfindən təqdim olunmuş statistik məlumatlara istinad edərək, “ASAN Login”dən istifadə edənlər arasında “My.Gov” xidmətlərinin digər xidmətlərlə müqayisədə nisbətdə aşağı olduğunu müşahidə edə bilərik (Cədvəl 1).
Cədvəl 1. “ASAN Login” layihəsindən istifadə
| Göstəricilər | 2019 | 2020 | 2021 |
| “ASAN Login” portalında qeydiyyatdan keçənlərin sayı | 505,869 | 1,190,180 | 600,963 |
| “ASAN Login” portalına ümumi giriş sayı (təkrarlanan) | 1,600,961 | 14,413,076 | 14,890,413 |
| “ASAN Login”də istifadə çəkisi, | |||
| MyGov | 7.7 % | 24.3 % | 18.2 % |
| eAgro | 70.4 % | 15 % | 18.6 % |
| eSatınalma | 6.1 % | 1.9% | 2.2 % |
| eSosial | 2.5 % | 15.6% | 12.5 % |
Cədvəl 2022-ci ildə EHİM-də keçirilmiş səmərəlilik audit zamanı təqdim olmuş məlumatlar əsasında tərtib edilib.
Cədvəldən göründüyü kimi, “Mənim Hökumətim” (MyGov) bölməsindən istifadə faizi 2020- ci ildə COVID 19-pandemiya dövründə 7,7%-dən 24,3%-ə yüksəlmişdir. 2019-cu ildə “eAgro”
xidmətinin kəskin yuxarı olma səbəbini Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə yaradılmış maliyyə (subsidiya) imkanlarından yararlanmaq zərurəti kimi əlaqələndirmək olar.
