Türkiyədə hakimi döyən klub prezidenti istefa verib.
Heftelik.azın məlumatına görə, dünən Türkiyə superliqasında 15-ci turda meydanında “Çaykur Rizəspor”-la qarşılaşan “Ankaragücü”nün prezidenti Faruk Koca 1:1 başa çatan oyundan sonra meydana çıxaraq hakim Galil Umut Melerə yumruqla zərbə endirib.
Olayla əlaqədar Faruk Koca və iki nəfər saxlanılıb.
Bu gün Faruk Koca klubun saytında yayılan açıqlamasında əməlindən peşiman olduğunu, istefa etdiyini bildirib. Eyni zamanda baş verən olayın Türkiyə futbolundakı köklü problemlərin də həllinin zəruriliyini bir daha gündəmə gətirəcəyinə ümidini ifadə edib.