Ucar rayonunda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Heftelik.az-ın məlumatına görə, 12 dekabr 2023-cü il tarixdə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev parkına gələrək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və abidəsi önünə gül dəstələri düzüblər.