Abunə qutuları və ünvan qutuları vasitəsilə alıcılara çatdırılan poçt göndərişlərinə nələrin aid olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Abunə qutuları və ünvan qutuları vasitəsilə alıcılara çatdırılan poçt göndərişlərinə aşağıdakılar aiddir:
– sadə məktub, sadə poçt kartı və sadə banderollar;
– dövrü çap nəşrləri;
– poçt göndərişlərinin çatdırılması haqqında sadə xəbərnamələr;
– poçt şöbələrində verilməli olan qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında ilkin bildirişlər;
– sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər;
– ölçülərinə görə abunə qutularına və ünvan qutularına yerləşməyən sadə poçt göndərişlərinin daxil olması haqqında ilkin bildirişlər;
– qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında ünvançıya və ya onun yetkinlik yaşına çatmış ailə üzvünə imza etdirməklə verilməsi mümkün olmayan təkrar bildirişlər.