“İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq iki ali təhsil müəssisəsindən biri yerli, digəri xarici nüfuzlu ali təhsil müəssisəsinin filialı olacaq”.
Heftelik.az-ın məlumatına görə, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hələ bu ali təhsil müəssisələri yaradılmayıb, lakin dövlət proqramında müddət nəzərdə tutulub.